Arsenal yay transfer pəncərəsi üçün Vlahovic və Lautaro Martinezi nəzarədə saxlayır

Lautaro Martinezi

Arsenal, 2025-26 mövsümü öncəsi yeni hücumçu transfer etmək niyyətindədir. Son iki mövsümdə “top çənəlilər” tam hücumçunun çatışmamazlığını hiss edib. Hazırda onlar Gabriel Jesus və Kai Havertzin zədələnməsi səbəbindən hücum xəttində problem yaşayırlar. Buna görə də, klub yay transfer pəncərəsində üst səviyyəli bir hücumçu transfer etmək üçün ciddi addımlar atır.

Arsenalın transfer siyahısında Juventusun ulduzu Dusan Vlahovic və Interin kapitanı Lautaro Martinez yer alır. Hər iki futbolçunun uzun müdət Arsenalın nəzarətində olduğu bildirilir. Xüsusilə Vlahovicin Juventusdan ayrılması ehtimalı olduqca yüksəkdir, çünki onun klubla müaqaviləsi 2026-cı ilin yayında sona çatır və Juventus onu pulsuz itirməmək üçün bu yay satmaq variantını dəyərləndirir.

Lautaro Martinez: Arsenalüçün çətin transfer hədəfi

Interin 26 yaşlı kapitanı Lautaro Martinez dünyanın ən güclü hücumçularından biri hesab olunur. O, 2029-cu ilin yayına qədər Interlə müqaviləsini yeniləyib və klubun aparıcı oyunçularından biridir. Buna baxmayaraq, Arsenal argentinalı futbolçunun transfer olunması ehtimalını araşdırır. Inter onu komandada saxlamaq istəsə də, Arsenalın cəlb edə biləcəyi yüksək məbləğli təklif transferi reallaşdıra bilər.

Bununla yanaşı, Martinez Interin azarkeşləri və klub rəhbərliyi ilə çox gözəl əlaqəyə malikdir, bu da onu komandadan ayırmağı çətinləşdirir.

Lautaro Martinezi

Arsenalın alternativ planları

Arsenalın yay transfer planlarında tək Vlahovic və Martinez yox, eyni zamanda Matheus Cunha (Wolverhampton) və Benjamin Sesko (RB Leipzig) kimi oyunçular da yer alır. Klub öncəliklə bu futbolçuları transfer etmək istəyir, ancaq istənilən halda Vlahovic və Martinez Arsenalın planları arasında qalacaq.

İngiltərə klubu bu transfer planlarını reallaşdıra bilsə, bu, Arsenalın hücum potensialını çox ciddi formada artıra bilər. Arsenal baş məşqçisi Mikel Arteta, komandaya yeni bir güclü hücumçu gətirməyin zəruriliyini başa düşür və buna görə klub rəhbərliyi transfer bazarında aktiv iş aparır.

Lautaro Martinez